31 yanvar 2026 20:29
109

Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub: 13 yaralı

İstanbulun (Türkiyə) Pendik rayonunda mikroavtobus park edilmiş yük maşını ilə toqquşub.

İki sahil” yerli mətbuat istinadla xəbər verir ki, hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla xəstəxanalara aparılıblar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”