Aydının (Türkiyə) Köşk rayonunda güclü yağış və fırtına məscidin minarəsinin günbəzinin yan tərəfə əyilməsinə və bəzi evlərin damlarının uçmasına səbəb olub.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, güclü yağış və fırtına rayonun Başçayır, Sarıçam, Ahatlar, Kıran, Gökkırış və Cumayanı məhəllələrinə təsir edib.
Bəzi ərazilərdə ağaclar kökündən qopub, evlərin damları uçub.
Cumayanı məhəlləsində məhəllə məscidinin günbəzi fırtına səbəbindən yan tərəfə əyilib. Sarıçam məhəlləsində tikilməkdə olan ayrıca evin divarları uçub.
Təsirə məruz qalan ərazilərdə qruplar işə başlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”