01 fevral 2026 17:52
112

MPL: "Neftçi" "Araz-Naxçıvan"a 4 qol vurdu

Misli Premyer Liqasının 18-ci turunda "Araz-Naxçıvan" "Neftçi" ilə qarşılaşıb.

İki sahil” yazır ki, oyunun 4-cü dəqiqəsində İqor Ribeyro hesabı açıb. 40-cı dəqiqədə isə Bassala Sambu bakılıların üstünlüyünü iki topa yüksəldib – 0-2.

84-cu dəqiqədə qol vuran Alessio Kurçi komandasının üstdünlüyünü artırıb. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Vensan Abubakar qoyub – 0-4.

Misli Premyer Liqası,

18-ci tur

1 fevral

16:00. “Araz - Naxçıvan” 0–4 “Neftçi”

Qollar: İqor Ribeyro, 4 (0-1), Bassala Sambu, 40 (0-2), Alessio Kurçi, 84 (0-3), Vensan Abubakar, 90+2 (0-4)

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov

VAR: Vüqar Həsənli

AVAR: Cəmil Quliyev

"Liv Bona Dea Arena"

Məhərrəm Ağalaroğlu, “İki sahil”