01 fevral 2026 23:08
133

Axios: Tramp administrasiyası İrana görüşməyə açıq olduğunu bildirib

Tramp administrasiyası İrana bir neçə kanal vasitəsilə razılaşma üçün görüşməyə açıq olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın yüksək vəzifəli rəsmisi “Axios”-a açıqlamasında deyib.

Ağ Ev rəsmisi Trampın İrana qarşı zərbə endirilməsi ilə bağlı yekun qərar vermədiyini və diplomatik həll yoluna açıq qaldığını əlavə edib.