01 fevral 2026 23:12
126

Tramp: Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik

Dünyada ən böyük və ən güclü olan gəmilərimiz İrana çox yaxındır.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın Ali lideri Ayətullah Əli Xameneinin ABŞ İrana hücum edərsə, regional müharibə başlayacağına dair açıqlamasına münasibət bildirərkən deyib. O, gəmilərin bir neçə günə orada olacağını bildirib.

“Ümid edirik ki, razılaşma əldə edəcəyik. Əgər razılaşma əldə etməsək, onun haqlı olub-olmadığını biləcəyik”, - deyə Tramp əlavə edib.