01 fevral 2026 23:38
120

Kambocada fırıldaqçılara qarşı əməliyyat - 2 mindən çox əcnəbi saxlanılıb

Kamboca hakimiyyəti ölkənin cənubundakı Bavet şəhərində iri fırıldaqçı çağrı mərkəzinə keçirilən reyd nəticəsində 2 044 əcnəbini saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli "Khmer Times" qəzeti yazıb.

"Əməliyyat nəticəsində 22 bina və tikilidən ibarət "Van Cheung" kazino kompleksinin ərazisində fırıldaqçı zəng mərkəzinin fəaliyyəti dayandırılıb və mərkəzin 2 044 əcnəbi işçisi saxlanılıb", - deyə nəşr qeyd edib.

Məlumata görə, əməliyyatda 700-dən çox polis əməkdaşı iştirak edib.

Saxlanılanlar arasında səkkiz müxtəlif Asiya ölkəsinin vətəndaşları var, ancaq Çin vətəndaşları (1 792 nəfər) çoxluq təşkil edir.