02 fevral 2026 10:06
187

ASFAT Rumıniya sazişi ilə Avropa və NATO bazarına hərbi gəmi ixrac edib

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün müdafiə sənayesi şirkətlərinin yüksək səviyyəli rəhbərləri ilə 5-ci Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı çərçivəsində “2025-ci ilin nəticələri və 2026-cı ilin hədəfləri” mövzusunda mətbuat konfransı keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

ASFAT-ın baş direktoru İlbaş ASFAT-ın ixrac göstəriciləri və bağladığı sazişlər barədə jurnalistlərə məlumat verib.

İlbaş Rumıniya ilə imzaladıqları layihə sayəsində NATO və Avropa İttifaqına üzv bir ölkəyə hərbi gəmi ixrac etdiklərini bildirərək deyib: “Bu ixrac bizə Avropanın qapılarını açdı. Hazırda yeni danışıqlar aparırıq. Satışlar üçün müqavilə mərhələsindəyik. Bundan sonrakı prosesdə bunun Avropada bizə töhfə verəcəyini qiymətləndiririk”.

Quru platformaları sahəsində ilk 8×8 T-155 taktiki təkərli “Panter” haubitsasını inventara daxil etdiklərini xatırladan İlbaş fevral ayında daha 3 ədədin təhvil veriləcəyini açıqlayıb. İlbaş qalan 36 ədəd haubitsanın da bu il başa çatmadan 12 ədəd olmaqla 3 partiya şəklində təhvil veriləcəyini qeyd edib.

İlbaş bildirib: “2025-ci ildə imzaladığımız müqavilələr əvvəlki 7 ildə imzalanmış müqavilələrin ümumi həcminin təxminən 2 qatına bərabərdir”.