2025-ci ildə Almaniyada pivə satışları kəskin şəkildə azalıb.
“İki sahil” xəbər verir ki, Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, ötən il ölkədə pivə satışı 6% və ya 497 milyon litr azalaraq 7,8 milyard litr təşkil edib. Bu göstərici 1993-cü ildən etibarən statistikanın aparılmasına başlandığı vaxtdan bəri bir il ərzində qeydə alınmış ən böyük azalma hesab olunur.

Xüsusilə pivə idxalında ciddi geriləmə müşahidə edilib — idxal həcmi 7% azalıb. Almaniya daxilində pivə satışları isə 5,8% geriləyib.
Alman Pivəçilər İttifaqı satışların azalmasını ölkədə pisləşən istehlakçı mühiti ilə izah edir. İttifaqın fikrincə, pivə istehsalçıları da pərakəndə ticarət, kafe və restoranlar kimi, əhalinin istehlakda nümayiş etdirdiyi ümumi ehtiyatlı davranışın təsirini açıq şəkildə hiss edirlər.
Qeyd olunur ki, Almaniyada pivə istehlakı artıq azı on ildir ki, azalma tendensiyası göstərir. Belə ki, adambaşına düşən illik pivə istehlakı 2013-cü ildə orta hesabla 99,1 litr olduğu halda, 2023-cü ildə (son mövcud məlumatlara əsasən) bu göstərici 82,2 litrə enib.
Destatis-in analitikləri bu tendensiyanı bir neçə amillə əlaqələndirirlər. Onların fikrincə, sağlam həyat tərzinin yayılması, alkoqol istehlakı ilə bağlı vərdişlərin dəyişməsi, eləcə də əhalinin yaşlanması Almaniyada pivəyə olan tələbatın azalmasında əsas rol oynayır.
Türkiyə və Qazaxıstan arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb