Rusiya müharibənin 1440-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 111 977 PUA-sı, 649 zenit-raket kompleksi, 27 445 tank və digər zirehli texnikası, 1 657 reaktiv yaylım atəş sistemi, 33 006 artilleriya və minaatanı, 53 475 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Zelenski: Kiyev və Vaşinqton arasında təhlükəsizlik zəmanətləri üzrə sənəd hazırdır