03 fevral 2026 01:33
105

Türkiyədə təcili tibbi yardım maşını mikroavtobusla toqquşub, xəsarət alanlar var

Türkiyənin Sakarya vilayətinin Akyazı rayonunda təcili tibbi yardım maşını ilə işçiləri daşıyan mikroavtobusun toqquşması nəticəsində 11 nəfər yaralanıb.

“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, hadisə yerinə polis, təcili tibbi yardım cəlb olunub, yaralılar xəstəxanalara çatdırılıb.

Qəza ilə bağlı araşdırma aparılır.