03 fevral 2026 10:07
379

Tramp Harvard Universitetindən 1 milyard dollar təzminat istəyir

Vaşinqton administrasiyası Harvard Universitetindən qanun pozuntularına görə 1 milyard dollar təzminat tələb edir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social"da bildirib.

"Hazırda 1 milyard dollar təzminat tələb edirik və Harvard Universiteti ilə gələcəkdə heç bir əlaqəmiz olmayacaq", - deyə o qeyd edib.

Keçən il Vaşinqton administrasiyası yəhudi tələbələri antisemitizmdən qorumaq zərurətini əsas gətirərək universtetin siyasətində dəyişikliklər tələb edib. Həmçinin universitetə ​​qarşı bir sıra digər tədbirlər də görülüb.

Əlavə edək ki, keçən il ABŞ Təhsil Nazirliyi universitetə ​​verilən 2,2 milyard dollarlıq qrantların və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.