03 fevral 2026 22:10
121

ABŞ qırıcısı İran PUA-sını vurub

ABŞ ordusu Ərəbistan dənizində Amerikanın nüvə enerjisi ilə işləyən "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə doğru hərəkət edən İrana məxsus pilotsuz uçuş aparatını vurub.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Qeyd olunub ki, "Şahed-139" pilotsuz uçuş aparatı "F-35" qırıcısı tərəfindən məhv edilib.