04 fevral 2026 10:18
145

"Arsenal"ın Premyer Liqadakı oyunu təxirə salınacaq

İngiltərənin "Arsenal" klubunun Premyer Liqadakı oyunlarından biri təxirə salınacaq.

“İki sahil” xəbər verir ki, buna London təmsilçisinin Liqa Kubokunda finala vəsiqə qazanması səbəb olub.

XXXI turun "Vulverhempton" - "Arsenal" matçı nəzərdə tutulduğu kimi martın 21-də olmayacaq. Çünki martın 22-də Liqa Kubokunun final qarşılaşması baş tutacaq.

Qeyd edək ki, "topçular"ın finaldakı rəqibi bu gün bəlli olacaq. "Mançester Siti" - "Nyukasl" görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk oyunda "şəhərlilər" qalib gəlib - 2:0.