“S&P Global”ın açıqladığı göstəricilərə görə, xidmət sahəsi üzrə biznes fəallığını ölçən PMI indeksi yanvar ayında 53,7 bənd olub. Bu, dekabr ayı ilə müqayisədə artım deməkdir və artıq on aydır yüksəliş davam edir.
Xidmət göstərən şirkətlər daha çox müştəri cəlb edib, nəticədə yeni sifarişlərin sayı son aylarda ən yüksək səviyyəyə çatıb. Eyni zamanda Yaponiyanın xidmətlərinə xarici ölkələrdən maraq da xeyli artıb.
Bu canlanma məşğulluğa da təsir göstərib, şirkətlər yeni işçilər cəlb etməyə davam ediblər. Bununla yanaşı, xərclərin artım tempi əvvəlki dövrlərlə müqayisədə zəifləyib.

Lakin şirkətlər bahalaşan xərclərin bir hissəsini müştərilərin üzərinə keçirdikləri üçün xidmətlərin qiymətində artım müşahidə olunur. Buna baxmayaraq, iqtisadçılar yaxın bir il üçün iqtisadi vəziyyətlə bağlı nikbindirlər.
Mütəxəssislər bildirirlər ki, iqtisadi dirçəliş artıq təkcə bir sahə ilə məhdudlaşmır, həm xidmət, həm də istehsal sektorlarında eyni vaxtda müşahidə olunur. Bununla belə, bəzi şirkətlər dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklərdən və işçi çatışmazlığından narahatdırlar.
Ümumilikdə xidmət və istehsal sahələrini əhatə edən göstərici yanvar ayında 53,1 bəndə yüksəlib ki, bu da son illərin ən sürətli artımı sayılır.
Orxan Vahidoğlu, “İki sahil”