04 fevral 2026 11:48
368

Avropada qaz ehtiyatları azalıb

Avropada yeraltı anbarlarda (UGS) qaz ehtiyatları 40 faizdən aşağı düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Gas Infrastructure Europe məlumat yayıb.

Qeyd edilib ki, fevralın 2-də yanacaq çıxarılması təxminən 742 milyon kubmetr təşkil edib ki, bu da qışın son ayı üçün üçüncü ən yüksək həcmdir.

Məlumata görə, bu, regiondakı qeyri-sabit hava şəraiti ilə əlaqələndirilir.