04 fevral 2026 12:53
96

Putin və Cinpin bu gün videobağlantı vasitəsilə danışıqlar aparacaqlar

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin bu gün videobağlantı formatında danışıqlar aparacaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, tərəflər arasında keçiriləcək görüşün mövzuları ilə bağlı hələlik əlavə detallar açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Vladimir Putin və Si Cinpin arasında fəal dialoqun davam etdiyini bildirmişdi. Onun sözlərinə görə, iki ölkə lideri bu il ərzində də qarşılıqlı təmasları və siyasi dialoqu davam etdirəcəklər.