06 fevral 2026 11:45
96

Omanda ABŞ ilə İran nümayəndələri arasında danışıqlar başlayıb

Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə danışıqlarının birinci raundu başlayıb.

“İki sahil” xəbər verir ki, məlumatı "Tasnim News" informasiya agentliyi yayıb.

Bildirilib ki, danışıqlara ABŞ-dən Prezidentin xüsusi nümayəndəsi Stiff Uitkoff, İrandan isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edir.

Məlumata görə, İran XİN-in başçısı danışıqlardan əvvəl Oman Krallığının xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşərək, İran-ABŞ danışıqlarının irəliləməsi yollarını müzakirə ediblər.