07 fevral 2026 00:55
100

"Azərreyl" heyətinə braziliyalı voleybolçu cəlb edib

Qadınlardan ibarət "Azərreyl" voleybol komandası heyətinə yeni oyunçu cəlb edib.

Klubdan “İki sahil”ə verilən məlumata görə, braziliyalı diaqonal hücumçu Natiele Qonçalves cari mövsümün sonuna qədər "Azərreyl"in şərəfini qoruyacaq.

34 yaşlı voleybolçu beynəlxalq təcrübəsi və güclü hücum potensialı ilə seçilir.