07 fevral 2026 09:40
134

ABL: NTD "Gəncə"nin qonağı olacaq

Azərbaycan Basketbol Liqasında XVI turun daha bir oyunu bu gün baş tutacaq.

“İki sahil” xəbər verir ki, NTD "Gəncə"nin qonağı olacaq.

Gəncə Olimpiya İdman Kompleksindəki qarşılaşma saat 14:00-da start götürəcək.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) məğlub edib.