12 fevral 2026 23:51
128

Tramp: Əgər onlarla sazişə nail ola bilməsək...

ABŞ Prezidenti Donald Tramp martda İranla saziş bağlamağı planlaşdırdığını bəyan edib.

“İki sahil” xəbər verir ki, Amerika administrasiyasının başçısı bunu Ağ Evdə jurnalistlərə açıqlayıb.

"Yəqin ki, gələn ay ərzində", - o, müvafiq sualı cavablandırıb.

Bununla yanaşı, Tramp danışıqlar pozulsa, İranı ağır mərhələnin gözlədiyini proqnozlaşdırıb.

"İranlılarla mənə lazım olduğu qədər danışacağam. Əgər onlarla sazişə nail ola bilməsək, ikinci mərhələyə keçəcəyik. İkinci mərhələ onlar üçün çox ağır olacaq. Mən bunu istəmirəm", - ABŞ Prezidenti bildirib.