13 fevral 2026 10:48
133

ABŞ-də atışma olub, ölənlər var

Cənubi Karolinada universitetin kampusunda atışma baş verib, nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Fevralın 12-nə keçən gecə baş vermiş hadisə ilə əlaqədar fevralın 13-də dərslər ləğv edilib.

Həlak olanların şəxsiyyəti hələ müəyyən edilməyib. Atəş açan şəxs barədə məlumat verilmir.