Böyük Britaniya hökuməti uşaqları siqaret buxarının zərərli təsirlərindən qorumaq üçün nəqliyyat vasitələrində elektron siqaretlərin istifadəsini qadağan etməyə hazırlaşır.
“İki sahil” xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən açıqlanan yeni plan, "tüstüdən azad zona" qaydalarını genişləndirərək həm siqaretləri, həm də elektron siqaretləri hədəfləyir.
Yeni qaydalara əsasən, 18 yaşından kiçik uşaqların olduğu şəxsi avtomobillərdə elektron siqaretdən istifadə tamamilə qadağan ediləcək. Bu qayda ilə yanaşı, uşaq meydançaları, məktəb girişləri kimi yerlərdə də tütün məmulatlarının istifadəsi qadağan olunacaq.
ABŞ və müttəfiqlərindən güc nümayişi: 1500 hədəfin eyni vaxtda vurulması məşq edilir