Gürcüstandan 2026-cı il ərzində 3500-4000 qanunsuz miqrant deportasiya ediləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze bildirib.
Onun sözlərinə görə, miqrasiya problemi qlobal xarakter daşıyır və Gürcüstan da istisna deyil: "Qanunsuz miqrasiyaya qarşı mübarizə bizim əsas prioritetlərimizdəndir. Son bir il ərzində 1300-dən çox qanunsuz miqrant ölkədən çıxarılıb. Bu da 2024-cü illə müqayisədə 207 faiz artım deməkdir. Əsas planlarımızdan biri bu il 3500–4000 qanunsuz miqrantın deportasiyasıdır. Düzgün alətlərdən və müxtəlif mexanizmlərdən istifadə etməklə buna mütləq nail olacağıq".