13 fevral 2026 18:39
117

Rusiyanın itkiləri açıqlandı - 1451-ci gün

Ukrayna müharibənin 1451-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 250 950 hərbçi, 11 667 ədəd tank, 24 028 ədəd zirehli döyüş maşını, 37 254 ədəd artilleriya sistemi, 1 642 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 300 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 78 268 ədəd avtomobil texnikası, 133 392 ədəd PUA, 4 286 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 070 xüsusi avadanlıq itirib.