13 fevral 2026 21:55
124

“Apple” qatlanan smartfonu sınaqdan keçirir

“Apple” şirkəti üfüqi qatlama dizaynına malik “iPhone”u sınaqdan keçirir.

“İki sahil” xəbər verir ki, bu haqda “Fixed Focus Digital” məlumat yayıb.

Cihazın “Samsung Galaxy Z Flip 7” və “Motorola Razr”ın hazırkı versiyaları ilə rəqabət aparacağı gözlənilir.

 Lakin bu qatlanan telefonun kütləvi istehsalı ilə bağlı hələlik heç bir qərar verilməyib.