İranın, Rusiyanın və Çinin Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndələri üçtərəfli məsləhətləşmələrin növbəti raundunu keçiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov rəsmi “X” səhifəsində paylaşım edib.
Üç ölkənin diplomatik nümayəndələri İranın nüvə proqramı ətrafında vəziyyətin inkişafını müzakirə etmək üçün Vyanada görüşüblər. Danışıqlar Avstriya paytaxtında yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklər səviyyəsində aparılıb.
“Çinin, İranın və Rusiyanın daimi nümayəndəlikləri İranın nüvə proqramı ilə bağlı məsələlər üzrə üçtərəfli məsləhətləşmələrin növbəti raundunu keçiriblər”,- Ulyanov paylaşımında qeyd edib.