14 fevral 2026 17:02
95

Orbandan Serbiyaya dəstək

Macarıstan Serbiyanın Avropa İttifaqına inteqrasiyası məsələsinə dəstək göstərəcək.

“İki sahil” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Serbiyanın Dövlətçilik Günü münasibətilə bu ölkənin Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda bildirib.

V. Orban qeyd edib ki, son onillikdə Serbiya və Macarıstan arasında münasibətlər tarixi zirvəyə çatıb və bu, hazırkı gərgin qlobal siyasi mühitdə xüsusi əhəmiyyət kəsb edir:

"İkitərəfli məsələlərlə yanaşı, gələcəkdə də beynəlxalq siyasi məkanda, xüsusilə Serbiyanın Avropa İttifaqına inteqrasiyası məsələsində hökumətimin sarsılmaz dəstəyinə arxalana bilərsiniz".