15 fevral 2026 15:12
93

Rusiyada kilsə ziyarətçilərinə bıçaqla hücum edilib, yaralananlar var

Rusiyanın Çelyabinsk vilayətində 25 yaşlı yerli sakin kilsə ziyarətçilərinə bıçaqla hücum edib, nəticədə iki nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hücum edən şəxs 74 və 53 yaşlı qadınları bıçaqla yaralayıb.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk şübhəlinin saxlanıldığını bildirib və əlavə edib ki, hücum edən şəxs 2001-ci il təvəllüdlü kişidir. Hücumun motivləri məlum deyil. Kilsə ziyarətçiləri arasında münaqişənin baş vermə ehtimalları araşdırılır.

Qadınlar xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.