Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İham Əliyevin Münxendə keçirdiyi görüşlərə aid videomaterial hazırlayıb.
“İki sahil” xəbər verir ki, süjetdə Prezident İlham Əliyevin ukraynalı həmkarı Volodimir Zelenski və Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla görüşləri yer alıb.
Videomaterialda V. Zelenskinin Ukraynaya verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür etdiyi bildirilib.
İlham Əliyevin Avropa diplomatiyasının rəhbəri ilə görüşündə isə Cənubi Qafqazda davamlı sülhün əldə olunması məsələsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Daha ətraflı videoda:
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib