2026-cı ilin fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edərək bugünkü müşavirədə rəqəmsal inkişafla bağlı olan məsələlərin müzakirə ediləcəyini bildirib.
Prezident bu müsavirədə Azərbaycanın bir çox üstünlüklərinin olduğunu qeyd edib və onlardan birinin bizim coğrafi vəziyyətimiz olduğunu, Asiya ilə Avropa arasında mövqe tutmağımızı, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimizi və yaradılmış mövcud infrastrukturun bu üstünlüyü bizə təmin etdiyini, transmilli böyük şirkətlərlə iş təcrübəmizin olduğunu, müsbət investisiya iqlimi olduğunu, son 20 il ərzində generasiya gücümüzün təxminən iki dəfəyə yaxın artdığını qeyd edərək rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bunların başlıca şərt olduğunu bildirib.
O, digər üstünlüyümüzün bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurmağımız olduqunu,bir neçə aparıcı şirkətlə danışıqlar aparıldığını, dünyanın böyük və deyə bilərəm ki, ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz olduğunu, bu qurumlardan Azərbaycana investisiyaların cəlb edilməsi məsələlərinin də qaldırıldığını və müsbət cavab alınmasını qeyd edib. O deyib:”Yəni indi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır”. Bu, bizim böyük üstünlüyümüzdür. Prezident həmçinin də Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasını da xatırladıb və “Bu Xartiya tarixi bir sənəddir. Bu, artıq mətbuatda da dərc edilib, hər kəs görə bilər nədən ibarətdir, o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür”-deyib.
Prezident bizim Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədlərimizin olduğunu da qeyd edərək bildirib ki, Avropa şirkətləri bu sahədə Amerika şirkətləri ilə rəqabət apara bilməzlər, onlardan bəlkə ən azı bir nəsil geridədirlər. Ancaq orada da müəyyən işlər görülür və o ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilməlidir.
O, həmçinin də keçən il Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalandığını qeyd edib və bildirib ki, biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. O deyib: “Yəni bu, bizim üstünlüyümüzdür. Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsan. Ona görə bundan istifadə etməmək tamamilə qəbuledilməzdir”.
Prezident bu məsələlərlə bağlı konkret tapşırıqlarını və tövsiyələrini də verib. O deyib:”Bu gün təqdimatda əsas məsələlər göstəriləcək. Ondan əvvəl bəzi fikir və tapşırıqlarımı diqqətinizə çatdırmaq istərdim. Birinci növbədə, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır və mənə təqdim edilməlidir”.
Prezident tövsiyə edib ki, bu məsələdə işlərin daha səmərəli təşkili üçün hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır.
Prezident xüsusi olaraq dövlət xidmətlərinin “mygov” üzərindən həyata keçirilməli olduğunu, - yəni vahid mərkəzdən həyata keçməli olduğunu tapşırıb. O deyib: “Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. İndi buna nə qədər vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin”.
Prezident həmin müşavirədə bird aha Kadr hazırlığı məsələsinə toxunub və bildirib ki, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. O deyib:”Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir”.
Prezident vurğulayıb ki,süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. O deyib:”Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər”.
Prezident bildirib ki, kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. O deyib:”Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır”.
Prezident bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmasların daha sıx olmasını və Azərbaycan bu sahəni özü üçün prioritet saymaqla malik olduğu üstünlüklərin xarici tərəfdaşlara çatdırılmasının zəruriliyini tövsiyə edib.
Sonda Prezident bir daha xatırladıb ki, fəaliyyət planı hazırlanmalıdır və ona təqdim edilməlidir. Bu gün müzakirə edilən və ediləcək, o cümlədən təqdimatda göstəriləcək məsələlər fəaliyyət planına salınmalıdır.
Arif Qasımov,
YAP Sədərək rayon təşkilatının sədri
İnnovasiya, texnologiya və strateji tərəfdaşlıq: Azərbaycanın yeni rəqəmsal arxitekturası
Bakının geosiyasi arxitekturası: Münxen diplomatiyasından Balkan strategiyasına