Ermənistan İstintaq Komitəsi Ermənistan Apostol Kilsəsinin Kanslerliyinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryanın iştirak etdiyi intim videonun həqiqi olduğunu iddia edir.
“İki sahil” xəbər verir ki, qurumun mətbuat xidmətindən “Armenpress”ə verilən məlumatda deyilir: "Arxiyepiskop Arşak Xaçatryanın şəxsi həyatına toxunulmaması işi ilə əlaqədar olaraq, cinayət istintaqı çərçivəsində ekspertiza aparılıb və videoda Xaçatryanın olduğu təsdiqlənib".
Daha əvvəl vəkil Arsen Babayan beynəlxalq ekspertizanın nəticələrinə görə videonun saxta olduğunu bildirmişdi. Departament qeyd edib ki, beynəlxalq ekspertlərin rəyi sübut kimi qəbul edilə bilməz, çünki o, məhkəmə prosesinin kontekstindən kənarda əldə edilib və işi aparan orqan tərəfindən təyin edilməyib.
Qeyd edək ki, 5 dekabr 2025-ci ildə məhkəmə Xaçatryanın narkotik qaçaqmalçılığında ittiham olunaraq həbs olunması barədə qərar çıxarıb. Müdafiə tərəfinin sözlərinə görə, bu, yeddi il əvvəl baş verən hadisə ilə bağlıdır.
Fevralın 3-də Xaçatryanın həbs müddəti iki ay uzadılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”