Oyuna yaxşı hazırlaşmışıq.
“İki sahil” xəbər verir ki, bu sözləri İngiltərənin "Nyukasl" komandasının baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" klubuna qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, zədəli oyunçuların sıraya qayıtmaqda olduqlarını bildirib: "Qarabağ"ın çox güclü texnikası var. Aqressiv və hücumameyilli komandadır. Bu matçdan yaxşı təəssüratla ayrılmaq istəyirik. Uzaq yol gəlmişik. Bizim üçün tarixi anlardır. Bütün diqqətimizi bu oyuna yönəltmişik. Buradan yaxşı nəticə ilə qayıtmaq istəyirik".
Fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”–“Nyukasl” oyunu saat 21:45-də başlayacaq.