Suriya Daxili İşlər Nazirliyinin İraqın Narkotiklərlə mübarizə Baş İdarəsi ilə koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat nəticəsində iri həcmdə narkotik maddə qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, əməliyyat nəticəsində ümumi həcmi 65 kiloqram olan 400 minə yaxın kaptaqon həbi müsadirə olunub. Narkotik maddələrin xarici ölkəyə aparılacağı planlaşdırılırdı.
Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat nəticəsində beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsinin iki üzvü saxlanılıb.