19 fevral 2026 14:10
133

Britaniya polisi keçmiş şahzadə Endrünü saxlayıb?

Böyük Britaniyada kral ailəsi ətrafında qalmaqal yenidən gündəmə gəlib.

“İki sahil” xəbər verir ki,  Britaniyanın nüfuzlu nəşri The Telegraph yazır ki, ölkə polisi kral III Çarlzın qardaşı, keçmiş şahzadə Endrünü saxlayıb. Məlumata görə, saxlanma mərhum maliyyəçi Jeffrey Epstein ətrafında davam edən istintaq çərçivəsində həyata keçirilib.

Xəbərdə bildirilir ki, polis əməkdaşları səhər saatlarında Endrünün iqamətgahına gəliblər. İlkin məlumatlar hüquq-mühafizə orqanlarının ABŞ-da son dövrlərdə açıqlanan sənədlər və ifadələr əsasında yeni araşdırma apardığını göstərir.

Bəzi beynəlxalq media qurumları, o cümlədən Reuters, hüquq-mühafizə orqanlarının şahzadənin ünvanında əməliyyat tədbirləri həyata keçirdiyini təsdiqləsə də, rəsmi ittihamın irəli sürülüb-sürülmədiyi barədə yekun məlumat verilməyib.

Araşdırmanın Londonun Metropolitan Police Service tərəfindən aparıldığı ehtimal olunur. Polis nümayəndələri istintaqın gedişatı ilə bağlı geniş açıqlama verməyiblər və prosesi davam edən hüquqi prosedur kimi qiymətləndiriblər.