19 fevral 2026 23:37
123

Zəhərli ilanın quyruğu...

Uzun illərdir ki, erməni diasporunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən və Azərbaycana qarşı çirkin təbliğat və əxlaq terrorunun başında duran Emin və Mehman Hüseynovların anası Firəngiz Hüseynovanın erməni olması ilə bağlı məlumatlar yeni deyil. Mətbuatda bu barədə dəfələrlə deyilib və yazılıb. Anasının kimliyini belə hələ də bilməyən qardaşlar öz gözlərində tiri görməyib başqalarının gözündə çöp axtarırlar.

Sənədlərdən aydın olur ki, 1947-ci ildə Bakıda anadan olan Firəngiz İbrahim qızı Hüseynovanın əsl ad və soyadı Yevgeniya Qriqoryevna Ovanesova olub. Yevgeniyanın valideynləri barədə ətraflı məlumat yoxdur.

Arxiv sənədlərində Yevgeniya Ovanesovanın (Firəngiz Hüseynova) anası miliyyətcə erməni olan Arfeniya Sergeyevna Ovanesova kimi qeyd edilib.

Yevgeniya Ovanesovanın qızlıq soyadının Bədirzadə kimi qeyd olunmasına səbəb onun İbrahim Bədirzadə və Taynulina Mariya Yarullayevna (1912-ci ildə Rusiyanın Stavropol şəhərində anadan olan Krım tatarı) tərəfindən övladlığa götürülməsidir.

Bununla bağlı “1nyus.az” saytı öz mənbəsinə istinadla sensasiyalı məlumat yayıb. Sayt iddiaların ciddi olduğunu nəzərə alaraq, əvvəlcə məlumatın etibarlılığını yoxlayıb. Məlumatda isə bildirilir ki, Emin və Mehman Hüseynovların anası milliyyətcə ermənidir.

Doğum haqqında şəhadətnamədə erməni Arfeniya Sergeyevna Ovanesova anası olaraq göstərilir. "Atasının adı" qrafası boşdur. Çox güman ki, atasının adının qarşısına “Qriqoryevna” sonradan əlavə edilib.

Həqiqətdə isə Yevgeniya Ovanesova yuxarıda göstərilən İbrahim  Bədirzadə və Mariya Taynulina tərəfindən övladlığa götürülüb. Bu baxımdan keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək Bədirzadə ilə əvəz olunub. 1967-ci ildə Yevgeniya Qazaxıstanın Kustanay şəhərinin nikah dairəsində adını Firəngiz olaraq dəyişdirib.

Beləliklə, maraqlı vəziyyət ortaya çıxır-"Azərbaycanda demokratiya uğrunda mübarizə aparan" iki şəxsin anası erməni imiş. Burada müəmma odur ki, nədənsə bu, ictimaiyyətdən ciddi şəkildə gizlədilib.

Məsələ ondadır ki, qardaşlar həmişə ermənipərəst mövqedə durublar.  

Emin Hüseynovun Varşavada ATƏT/DTİHB tədbiri zamanı verdiyi açıqlamada “azərbaycanlılar Dağlıq Qarabağdakı müharibə zamanı erməni jurnalistlərini qətlə yetiriblər” ifadəsi hələ də xatırlanır.

Sonra E. Hüseynov əlavə edib ki, azərbaycanlılar “ermənilərlə sülh şəraitində yaşamaq istəyirlər, amma hakimiyyət bunlara imkan vermir”. Bu çıxışdan sonra erməni iştirakçılar, o cümlədən Ermənistan səfiri Edqar Vardanyan Hüseynovu ayaqüstə alqışlayıblar.

Eminin kiçik qardaşı Mehman Hüseynov isə öz “fəaliyyətində”  Qarabağın işğalı məsələsindən tədbirlərdə fikir bildirməkdən yan keçir.

Bütün bunların fonunda Qarabağla bağlı çıxışları ilə özünü ifşa edən, Yevgeniya Ovanesovanın dəfn mərasimində “bu qadının Azərbaycanın iki əsl vətənpərvərini necə yetişdirməsi” ilə bağlı təriflər səsləndirən AXCP sədri Əli Kərimlinin çox gülünc və cılız siması yadda qalır.

2018-ci ilin avqustunda vəfat edən Yevgeniya Ovanesova Suraxanı rayonunun Əmircan qəsəbəsi yaxınlığında yerləşən və camaat arasında “Tatar qəbiristanlığı” adlanan məzarlıqda dəfn olunub. Onun məzar daşında Firəngiz Hüseynova yox, “Frəngiz İbrahim qızı” yazılması diqqət çəkir. Bəlkə ona-buna şər atan, təhqir yağdıran abırsız qardaşlar buna bir açıqlama versinlər ki, bu “priyomu” niyə işlədiblər. Bunun mənası və səbəbi nədir? Çünki yetmiş bir yaşlı Yevgeniya Ovanesova öləndə qardaşlar kifayət qədər yaşlı və gözüaçıq olublar. Ölən analarının milli kimliyindən xəbərləri olmamış olmazdılar.

Qeyd edək ki, həmin qəbiristanlıqda xeyli sayda və kompakt şəkildə erməni qəbirləri də var. Ola bilsin ki, Yegeniya ölümqabağı vəsiyyət edib ki, onu məhz orada dəfn etsinlər. Erməni qadın haqqında danışılanlar qardaşların qulağına çatıb. Onlara başqalarını əxlaqdan uzaq sözlərlə təhqir etməkdənsə özlərinin əsil-nəsillərini tanımalarını məsləhət görüblər. Çünki türklərdə belə superhəyasızlar olmur. Südüpozuqlardan isə hər cür tərbiyəsizlik görmək adi haldır.

Hüseynov qardaşları analarının tatar əsilli olduğunu iddia etsələr də, sənədlər onun erməni əsilli olduğunu təsdiqləyir.

Bu baxımdan qardaşların Azərbaycana qarşı satqın və casus fəaliyyəti göstərmələri, son illər isə əxlaq terroru ilə milli dəyərlərimizə hücumları təsadüfi deyil. Ya müasir daşnaklar, ya da bu qardaşlar. Heç bir ciddi fərqləri yoxdur. Nankorluqda lap ana tərəfdən babalarına çəkiblər. Halbuki erməni babalarına da, özlərinə də yer, çörək vermişik. Ancaq hamısı bir yerdə Azərbaycan xalqına qənim kəsiliblər. Nədən? Bunu heç özləri də izah etmirlər. Mehman gözlərini yumub ağzını açaraq ətrafa üfunət üfürür. İnternet TV-lərdə ölkənin rəhbər vəzifəli şəxslərini leksikonumuzda olmayan biədəb sözlərlə təhqir edirlər. Onu dinləmək belə mümkün deyil. Görəsən özlərinin qızları, gəlinləri, arvadları bunun tərbiyədənkənar çıxışlarına tamaşa edirlərmi?

Mehmanın iki dəfə mühakimə olunması atdığı böhtanlara görə idi.  Düşündülər ki, bunlardan sonra əxlaqsız “fəaliyyətə” son qoyacaq. Ancaq buna utanan üz lazımdır, o da bunlarda yerli-dibli yoxdur və heç olmayıb da. Böhtan atmaq, başqalarının ailələrini təhqir etmək üstündə iki dəfə həbs cəzası çəkən Mehman özünü “araşdırmaçı jurnalist” adlandırmaqla bu peşəni də murdarlayır. O, iqtisad universitetini bitirib. Qardaşı Emin “azad” satqınlıq etmək üçün İsveçrəyə qaçıb. Qapılarda sülənmək, ona-buna yarınmaq, lakeylik etmək əsl erməni xüsusiyyətidir ki, o da bu qardaşlarda qədərincə var.

Azərbaycan hakimiyyətini gözü götürməyən daxili və xarici düşmənlər Mehmana xarici ölkədə lazımi şərait yaradır, qızışdırıb cibinə pul, ayağının altına daş qoyur, iyrənc yalanlarını davam etdirmək üçün dəstək verirlər. O isə nankorluğunu və tərbiyəsizliyini vətənpərvərlik kimi başa düşür. Təbii ki, Bakıdakı müxalifətçi dostları onu ölkə içində baş verənlərlə bağlı məlumatlandırırlar. Həmin məlumatların izi vətənə xəyanətdə suçlandırılan Ramiz Mehdiyevə qədər gedib çıxır. Həm də Mehmanın sifarişçi kimi keçmiş Prezident Administrasiyasının sabiq rəhbərindən haqq alması barədə fikirlər var. Danışırlar ki, xaricdəki “söyüş müxalifəti”nin təşkilatçısı və dayağı o olub. Yoxsa işləməyən bir adam xarici ölkədə hansı pulla yaşayır, ailəsini necə təmin edir? Yəqin ki, erməni sevdası qanıqarışıq Mehman Hüseynovu ilanın başı olan Ramiz Ənvəroviçlə birləşdirir. İndi məlum olur ki, xaricdə məskən salan nankorları məxfi məlumatlarla təmin edən kim olub. Mehman  isə zəhərli ilanın quyruğudur...

Vəli İlyasov, “İki sahil”