20 fevral 2026 23:23
130

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu, "Gəncə" və "Şəki" arasında keçirilən yarımfinal oyunundan sonra bəlli olub.

Bakı İdman Sarayında təşkil olunan matçda rəqibini 97:71 hesabı ilə məğlub edən Gəncə kollektivi adını finala yazdırıb.

Qərb təmsilçisinin həlledici raunddakı rəqibi "Ordu"nu 83:66 hesabı ilə üstələyən "Sabah" kollektivi olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı fevralın 22-də, saat 17:00-da başlayacaq.