21 fevral 2026 19:52
120

Şahmat üzrə Azərbaycan çempionatının bürünc medalçısı bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda görüş baş tutub.

“İki sahil” xəbər verir ki, Aydın Süleymanlı Read Səmədovu ikinci görüşdə də məğlub edib. 2-0 hesabı ilə qələbə qazanan A.Süleymanlı ölkə çempionatının bürünc medalçısı olub.

Qadınların yarışında Ayan Allahverdiyeva ağ fiqurlarla Ülviyyə Fətəliyevanı üstələyib. İki görüşdən sonra hesab 1-1 olduğundan qadınlar arasında çempion sabah tay-brekdə məlum olacaq.