22 fevral 2026 16:36
110

İranda etiraz edən tələbələrin 27-si öldürülüb

İranda son günlərdə yenidən başlayan etiraz aksiyalarında 27 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə İran Təhsil Nazirliyinin informasiya mərkəzinin rəhbəri Hüseyn Sadeqi məlumat verib.

O qeyd edib ki, son iğtişaşlarda həlak olanlar arasında beş müəllim və 22 tələbə də var.

Qeyd edək ki, İranda etirazlar 21 fevralda, yeni tədrisin ilk günündə yenidən başlayıb.

Tehranın bir neçə universitetinin tələbələri kampuslarında toplaşaraq hökumət əleyhinə şüarlar səsləndiriblər. Əllərində plakatlar tutan bəzi tələbələr yanvar etirazları zamanı hakimiyyət orqanları tərəfindən saxlanılan qrup yoldaşlarının azad edilməsini tələb ediblər.

Bir neçə media orqanı nümayişlərin toqquşmalara çevrildiyini bildirir.