Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər ilə uzun illərdən bəri yağı tapdağı altında olan torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz Liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Vətən müharibəsinin Zəfərlə başa çatmasından sonra işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində aparılan bərpa-quruculuq işləri bu gün uğurla davam edir. Bütün bunlar anti-Azərbaycan dairələrin və onların ruporu olan ölkə daxilindəki “beşinci kolon”nu və “siyasi mühacir” kod adlı xəyanətkar ünsürləri ciddi narahat edir, əsəblərini tarıma, yuxularını ərşə çəkir.
“Siyasi mühacir” kod adlı zombi dəstəsinin üzvlərindən olan Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qənimət Zahid, Sevinc Osmanqızı və digərləri bəzi xarici xüsusi xidmət orqanlarının tapşırıq və sifarişlərini yerinə yetirərək ölkəmizdə sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq üçün sosial şəbəkələr vasitəsi ilə çoxsaylı videoçıxışlar yayımlayır əvəzində isə onlardan maliyyə dəstəyi, ianələr alırlar. Son zamanlar anti-Azərbaycan dairələrin maşası olan bu antimilli ünsürlər, muzdlu nökərlər, zombiləşmiş qaragüruhçu dəstənin üzvləri respublikamızın vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etmələri bu marginalların simasızlığını tam çılpaqlığı ilə ortaya qoydu.
Son vaxtlar ayrı-ayrı xarici ölkələrdə məskunlaşan, xəyanət simvoluna çevirlən məlum antimilli ünsürlər-dezinfarmotorlar erməni lobbisinin sifarişi ilə sosial şəbəkələr vasitəsilə Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyasını daha gücləndirərək ölkəmizin uğurlarına kölgə salmağa çalışır, ictimai-siyasi sabitliyi və milli həmrəyliyi pozmaq, ictimai rəyi çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Təbii ki, bütün bunlar bu xəyanətkar, satqın, mənəviyyatsız başıpozuq “blogerlər” sürüsünün Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktını bir daha aydın şəkildə göstərməkdədir. Bu satqın zümrənin və “bozbaş ekspertlər”in sinxron işbirliyi də həmin anti-Azərbaycan dairələrin “əqrəbləri tutuşdurun!” komandası ilə birbaşa bağlıdır.
Şübhəsiz, xarici xüsusi xidmət orqanlarının maliyyəsi müqabilində yalan tirajlayan bu satılmışların ölkəmizə və xaqlımıza qarşı yönəlmiş bütün fəaliyyətləri, cılız səyləri əvvəllər olduğu kimi, yenə də nəticəsiz qalacaqdır. Çünki xalqımız kimin kim olduğunu, hansı mənbədən qidalandığını, kimin əlinin kimin cibində olduğunu yaxşı bilir. İnsanlarımız dövləti, milləti, bütövlükdə milli maraqları satan xəyanətkarları, öz şəxsi ambisiyalarının əsirinə çevrilənləri çox yaxşı tanıyır. Dünya erməniliyi ilə təkzibedilməz işbirliyində olan bu xəyanətkarların iç üzü, həqiqi mahiyyəti getdikcə daha çox üzə çıxır. Əslində bu xəyanətkarların erməni lobbisi ilə birgə fəaliyyət göstərdiklərini ictimaiyyətimiz çoxdan bilir. Məhz buna görə də cəmiyyətimiz bu satqınlara və onların daxildəki “əqidədaşlarına”, “Azərbaycana nə qədər pisdirsə, bizim üçün bir o qədər yaxşıdır” şüarı ilə silahlanmış antimilli ünsürlərə qarşı çox prinsipial və barışmaz mövqe nümayiş etdirir, onlara layiq olduqları yeri göstərir. Erməni lobbisinin və anti-Azərbaycan dairələrin çirkli pulları ilə bəslənən bu antimilli ünsürlərin yeri məhz tarixin zibilxanasıdır.
Nəhayət, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan, erməni lobbisinin maşasına çevrilən bu xəyanətkarların bədxahlarımızın sifarişi əsasında fəaliyyət göstərməsi, dövlətimizin milli maraqlarına daim zərbə vurmağa çalışması cəmiyyətimizin sərt etirazı ilə qarşılanır. Artıq hamımıza məlumdur ki, xəyanətkar antimilli müxalifətin “taktikası” dövlətə, dövlətçiliyə, xalqa, bütövlükdə Azərbaycanın müstəqilliyinə, varlığına, haqlı mücadiləsinə qarşı yönəlib. Dövlətə, millətə xəyanət edənləri isə xalq və tarix heç zaman bağışlamır.
Zahid Rza, “İki sahil”
Xocalı soyqırımı Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş tarixi cinayətdir