1992-ci il fevral ayının 25-dən 26-na keçən gecədə Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridildi, yerli əhali xüsusi qəddarlıqla qətlə yetirildi. Yaddaşlara həkk olunan o dəhşətli gecədə yandırılan şəhərdən xilas olmaq istəyən insanlara aman verilmədi, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla qətlə yetirildi. Bu dəhşətli cinayət əməli nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansizlıqla qətlə yetirildi. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanların başlarının dərisi soyuldu, müxtəlif əzaları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilidi.
Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edildi. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlandı. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldıldı. Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərdi.
Başı müsibətlər çəkmiş xocalılılar qaysaq bağlamayan yaraları ilə köçkünlük illərində də tezliklə torpaqlarımızın düşmən tapdağından azad edəcəyi, qisasımızın alacağı ümidi ilə yaşadılar. “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” – deyən müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı ordumuzun hünəri sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi, xoçalıların, xalqımızın arzuları həyata keçdi. 44 günlük Vətən müharibəsində Xocalı cəlladları məhv edildi, Xocalının qisası alındı. Bu qüruru, xoşbəxtliyi bizə 44 günlük Vətən müharibəsində Müzəffər, Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun, xalqımızın qəhrəman oğullarının dünya hərb tarixinə düşən, dillərə dastan olan şücaəti yaşatdı.
Fariz Kərimov,
YAP Masallı rayon təşkilatı Həsənli ərazi partiya təşkilatının sədri