Ukrayna müharibənin 1465-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 265 130 hərbçi, 11 706 ədəd tank, 24 097 ədəd zirehli döyüş maşını, 37 631 ədəd artilleriya sistemi, 1 655 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 305 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 348 ədəd helikopter, 80 180 ədəd avtomobil texnikası, 148 021 ədəd PUA, 4 384 qanadlı raket, 29 gəmi/kater, 2 sualtı qayıq, 4 075 xüsusi avadanlıq itirib.