27 fevral 2026 20:54
119

"Zirə" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qalib gəldi

Bu gün Misli Premyer Liqasında 22-ci tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Kəpəz" "Sumqayıt"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu komandaların ilk dövrədəki oyunu "Sumqayıt"ın 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Günün ikinci oyununda isə "Zirə" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Sözügedən görüş mərkəzi qarşılaşmalardan hesab olunurdu. Çünki bu oyunadək "Zirə" 35 xalla 4-cü, "Araz-Naxçıvan" isə 33 xalla 5-ci idi. Lakin "Zirə" qələbə sayəsində xallarının sayını 38-ə yüksəldib və mövqeyini möhkəmləndirib. Komandaların ilk dövrədəki matçı 1:1 hesabı ilə başa çatmışdı.

27 fevral (cümə)

18:00 . “Araz-Naxçıvan” 0–1 “Zirə”

Qol: A.Qomis, 67 (0:1)
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”

14:30. “Kəpəz” 3–0 “Sumqayıt”

Qollar:  Ryonosuke Ohori, 2 Luis Paçu, 19, 40-pen.

Qırmızı vərəqə: Nikola Ninkoviç, 62 ("Sumqayıt")
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu

28 fevral (şənbə)

14:30. “Şamaxı” – “Neftçi”

17:00. “Qəbələ” – “Karvan-Yevlax”

1 mart (bazar)

16:30. “Turan Tovuz” – “İmişli”

19:00. “Qarabağ” – “Sabah”