Yaxın Şərqdə son hadisələr olduqca təhlükəlidir. İran rejiminin ballistik raket və nüvə proqramları, eləcə də terror qruplarına dəstəyi qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas X hesabında qeyd edib.
Aİ-nin İrana qarşı sərt sanksiyalar qəbul etdiyini və nüvə məsələsi də daxil olmaqla, diplomatik həll yollarını dəstəklədiyini vurğulayan K.Kallas İsrailin xarici işlər naziri və regiondakı digər nazirlərlə danışdığını, Avropa İttifaqının, həmçinin diplomatik yolları araşdırmaq məqsədilə ərəb tərəfdaşlarla sıx koordinasiya apardığını bildirib.
“Mülki əhalinin qorunması və beynəlxalq humanitar hüquqa riayət edilməsi prioritetdir. Konsulluq şəbəkəmiz Aİ vətəndaşlarının regiondan çıxışını asanlaşdırmaq üçün tam səfərbər olunub. Aİ-nin zəruri olmayan heyəti regiondan geri çəkilir. Aİ-nin Qırmızı dənizdəki “Aspides” dəniz missiyası yüksək hazırlıq vəziyyətində qalır və dəniz dəhlizinin açıq saxlanmasına kömək etməyə hazırdır”, - deyə K.Kallas əlavə edib.
Aİ İranda vəziyyətin kəskinləşməsi fonunda təmkinlilik nümayiş etdirməyə çağırıb
Rusiya İrandakı vətəndaşlarını Azərbaycan vasitəsilə ölkəni tərk etməyə çağırıb