28 fevral 2026 20:11
118

Səudiyyə Ərəbistanında bəzi istiqamətlərə uçuşlar ləğv olunub

Səudiyyə Ərəbistanının “Saudiya”, “Flynas” və “Flyadeal” şirkətləri bəzi uçuşlarını ləğv edib.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, daşıyıcılar reyslərin ləğvi ilə bağlı qərarların aviasiya təhlükəsizliyi və mühafizə standartlarının tətbiqi çərçivəsində qəbul olunduğunu bildiriblər.

“Saudiya” hava yolları Əbu-Dabi, Dubay, Doha, Bəhreyn, Moskva və Pişəvər şəhərlərinə və əksinə olan uçuşların martın 2-si saat 23:59-dək təxirə salındığını açıqlayıb.

Sərnişinlərdən hava limanlarına yollanmamışdan əvvəl reyslərinin hazırkı vəziyyətini yoxlamaq xahiş olunur. Vurğulanır ki, uçuşlarla bağlı yeniliklər rezervasiyalarla əlaqəli kommunikasiya vasitələri ilə sərnişinlərə çatdırılacaq.