01 mart 2026 05:41
143

İranın ali dini rəhbəri Əli Xamenei öldürülüb - Rəsmi

İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.

"İslam İnqilabının ali rəhbəri şəhid olub", - məlumatda bildirilib.

Qeyd olunub ki, o, ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.

"Tasnim" agentliyi isə bildirib ki, Xamenei şənbə günü səhərin erkən saatlarında, iş yerində şəhid olub. (Report)