02 mart 2026 15:35
159

Amin Nəzərli: ”AzInTelecom” beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq edərək qabaqcıl texnologiyaları Azərbaycana gətirir

“AzInTelecom” beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq edərək qabaqcıl texnologiyaları Azərbaycana gətirir və yerli bazarda tətbiq edir. Bu əməkdaşlıqlar ölkədə texnoloji infrastrukturun inkişafına və innovasiyaların daha sürətli tətbiqinə imkan yaradır.

Bunu “AzInTelecom”un  İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Amin Nəzərli “İki Sahil” qəzetinə müsahibəsində söyləyib.

Həmsöhbətim diqqətə çatdırıb ki, bunun mühüm nümunələrindən biri Lenovo şirkətinin “ThinkSystem” serverləri əsasında qurulmuş Superkompüter Mərkəzidir. Bu mərkəz süni intellekt, böyük verilənlərin analizi və elmi tədqiqatlar üçün yüksək hesablama gücü təqdim edir və ölkənin elmi və texnoloji potensialını gücləndirir. Bundan əlavə, şirkət Avropanın öndəgedən texnologiya şirkəti – “Gcore” ilə əməkdaşlıq edərək AZINCLOUD platformasını yaradıb və burada istifadəçilərə daha müasir bulud xidmətləri təqdim edilir. Bu əməkdaşlıq sayəsində yerli istifadəçilər beynəlxalq səviyyəli texnologiyalara ölkə daxilində çıxış əldə edirlər.

Yaqut Ağaşahqızı, “İki sahil”