Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.
“İki sahil” xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq:
ADİ ipoteka kreditləri üzrə:
05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən.
GÜZƏŞTLİ ipoteka kreditləri üzrə:
06.03.2026-ci il tarixində saat 11:00-dan etibarən.
Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət” sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcəkdir.
Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinədək elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.
Qeyd: İpoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin “Elektron hökumət” portalının və “mygov” platformasının müvafiq bölmələrində yerləşdirilmişdir.
“Caspian Agro Week sərgisi” çərçivəsində innovativ təsərrüfatlara sahə səfərləri təşkil olunub
Azərbaycanla Çex Respublikası nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalayıb