Kubanın mərkəzi hissəsində genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Unión Eléctrica" (UNE) dövlət şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Kamaqueydən Pinar-del-Rioya qədər Milli Elektroenergetika Sisteminin sıradan çıxması baş verib", - deyə məlumatda bildirilib.
Elektrik enerjisinin kəsilməsinin səbəbləri hələlik açıqlanmır.