2019-cu ilin əvvəli ilə müqayisədə 2025-ci ildə müqavilələrin sayında qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin cəminin xüsusi çəkisi 38,5 faizdən 54,4 faizə yüksəlib. Sektorda müqavilələrin sayı isə 1,9 dəfə artaraq 1 milyonu ötüb və dövlət sektorunun göstəricisini üstələməyə davam edir.
“İki sahil” xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumdakı çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, ötən il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından əlamətdar il olub.
“Sülh gündəliyinə dair irəliləyişin əldə olunması ölkəmiz və region üçün böyük iqtisadi inkişaf perspektivləri açıb. Qlobal iqtisadi tərəfdaşlarla imzalanmış strateji tərəfdaşlıq sənədləri Azərbaycanın artan geoiqtisadi rolunu daha da gücləndirir. Bu tərəfdaşlıqlar investisiya, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt, yüksək texnologiyalar və digər sahələrdə qlobal dəyər zəncirlərinə daha sıx inteqrasiya üçün yeni imkanlar yaradır”, - deyə nazir əlavə edib.
Aİ qaz idxalının təsdiqi qaydalarını yumşaldır, Azərbaycan və Rumıniya üçün yeni imkanlar yaranır
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər