05 mart 2026 12:33
181

İranın Naxçıvan aeroportuna dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb - VİDEO

İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb:

"Təxliyə pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə həyata keçirilib".